Beyləqan rayonununda ölümlə nəticələnən ağır yol-nəqliyat hadisəi baş verib.

Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 4-də saat 18 radələrində Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində Beyləqan şəhər sakini R.Şahkərəmlinin idarə etdiyi “Mercedes” və Yeni Mil qəsəbə sakini A.Məhərrəmovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşmuşdur.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Məhərrəmovun sərnişinlərindən 1 yaşlı qızı Aysun  orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.