Bakı şəhərinin Nizami rayonunda “BMW” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Bundan əlavə, Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobilinin salon hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.