Zaqatalada polis əməliyyat keçirib.

Unikal.org xəbər verir ki, Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Balakən rayon sakini, 1989-cu il təvəllüdlü Qaracayev Samir Nəbiyulla oğlu Zaqatala rayon ərazisində saxlanılıb. Onun üzərindən bir ədəd barabanlı, nömrəsiz tapança aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.