Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev Hüsniyə Məhərrəmova  aparıcı olduğu “1aztv”nin qonağı olub.

Unikal.org xəbər verir ki, aparıcı Füzuli Musayevə “Brus Li güclüdür yoxsa Arnold Şvarsenegger” sualını verib. 

F.Musayev Hüsniyə Məhərrəmovanın sualına belə cavab verib:

“Onlar tam fərqli idman növləri ilə məşğul olub. Ona görə də bunu demək biraz çətindir. Arnold Şvarsenegger yaxın məsafədən, Allah rəhmət eləsin Brus Lini tutsaydı yəqin ki, ortadan cırardı. Ancaq ki, aralı məsafədə Şvarsenegger  Brus Liyə yaxın dura bilməzdi.(gülür)  Arnold Şvarseneggerin məşğul olduğu idman növü güc tələb edir, mərhum Brus Linin məşğul olduğu idman növü isə daha fəlsəfi və texnikidir”.