Hollivud ulduzu Demir Mur yeni çıxan kitabında ilk dəfə 15 yaşında olarkən təcavüzə uğradığını anlatmışdı.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, anasının onu 500 dollar qarşılığında bir yaşlı kişiyə satdığını deyən aktrisa həmin adamın kimliyini açıqlayıb.

Mur həmin şəxsin ailə dostları Val Doumas olduğunu deyib. Yunan əsilli olduğu bilinən kişi Los Ancelesde o zaman məşhur olan gecə klublarından birinin sahibi olub. O, 1997-ci ildə vəfat edib.