Qaxda partlayış baş verib, xəsarət alanlar var.

Unikal.org xəbər verir ki, bu gün səhər saatlarında Qax Kommunal Müəssisələri Kombinatının işçiləri şəhər ərazisində torpaq yayan zaman naməlum səbəbdən partlayış baş verib.

Nəticədə xəsarət alan 4 nəfər Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bunlar 49 yaşlı Cemali Zeynalaşvili, 26 yaşlı Sardion Daroşvili, 31 yaşlı David Nuroşvili və Beka Papiaşvilidir.

Hazırda hadisənin səbəbləri araşdırılır.