19 Noyabr 2019
18 Noyabr 2019
7200 ədəd siqareti avtomobildə keçirmək istədilər!
7200 ədəd siqareti avtomobildə keçirmək istədilər! İQTİSADİYYAT 14:44 2019-10-09

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 7200 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Unikal.org-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşlarının “Mercedes-Benz 280” və “Opel Vectra” markalı avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 4200 ədəd “King” və 3000 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


  • 7200 ədəd siqareti avtomobildə keçirmək istədilər!