20 Oktyabr 2019
19 Oktyabr 2019
Beyləqanda döyülərək küçəyə atılan 18 yaşlı qız öldü
Beyləqanda döyülərək küçəyə atılan 18 yaşlı qız öldü KRİMİNAL 14:55 2019-10-09

Beyləqan rayonunda 18 yaşlı qız küçədə huşsuz vəziyyətdə tapılıb. 

Unikal.org report-a istinadən Qarabağ Mərkəzinin verdiyi məlumata görə, gənc qız rayonun Kəbirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkarlanıb. 

Gənc qızın kənd sakini olmadığı və naməlum şəxslər tərəfindən döyülərək əraziyə atıldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Gənc qız ağır vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.