06 Dekabr 2019
05 Dekabr 2019
9 yaşlı oğlanın yandırdığı evdə 5 nəfər öldü - VİDEO
9 yaşlı oğlanın yandırdığı evdə 5 nəfər öldü -VİDEO DÜNYA 19:39 2019-10-09

ABŞ-ın İllinoys ştatının 9 yaşlı sakininə 5 nəfəri öldürmək və yanğın törətməklə bağlı ittiham irəli sürülüb.

Unikal.org xarici KİV-ə istinadla xəbər verir ki, oğlan aprelin 6-da ev yandırıb. Nəticədə üçü uşaq olmaqla 5 nəfər ölüb. Daha iki nəfəri xilas etmək mümkün olub.

Yanğın axşam saat 11-də başlayıb. Yanğınsöndürənlər hadisə yerinə çatanda, alov evi tamamilə bürüyübmüş.

Əgər oğlan mühakimə olunarsa, onu 5 il sınaq müddəti həbs gözləyir.