Bakıda qonşular arasında dava olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Mərdəkan qəsəbəsində baş verən hadisə zamanı 1988-ci il təvəllüdlü Dadaşov Samir İlham oğlu qonşusu tərəfindən döyülüb. O, xəstəxanaya çatdırılıb. S.Dadaşova qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi, burun sınığı diaqnozu qoyulub.