20 Noyabr 2019
“Barış pınarı” (“Sülh bulağı”na) dəstək verən və verməyən ölkələr - SİYAHI
“Barış pınarı” (“Sülh bulağı”na) dəstək verən və verməyən ölkələr -SİYAHI DÜNYA 11:04 2019-10-10

Türkiyənin Suriyanın şimal hissəsində, Fərat çayının şərqində apardığı antiterror əməliyyatı ilə bağlı qardaş ölkəyə dəstək verən və verməyən dövlətlərin adı açıqlanıb.

Unikal.org xəbər verir ki, son 24 saatda aparılan antiterror əməliyyatlarını Macarıstan, İspaniya, Şimali Kipr Türk Respublikası və Qatar, Suriyanın şimalına edilən əməliyyatı dəstəklədiklərini açıqlayıb.

Səudiyyə Ərəbistan, İsveç, ABŞ, Almaniya, Fransa, Hollandiya, Misir, Kanada, Danimarka, İran, Finlandiya ölkələrinin rəhbər və vəzifəli şəxsləri Türkiyənin apardığı antiterror əməliyyatlarından narahat olduqlarını açıqlayıb. 

Rusiya isə "Sülh bulağı - Barış Pınarı" əməliyatında birtərəf olduğunu bəyan edib.  Rus senator Vladimir Cabarov, Rusiyanın Türkiyə və Suriya arasındakı qarşıdurmaya daxil olmayacağını, rus ordusunun Suriyadakı başqa bir məqsəd üçün olduğunu söyləyib.