18 Oktyabr 2019
17 Oktyabr 2019
Goraboyda 35 yaşlı gəlinin əl-ayağını bağlayıb sürüdülər - Nazirlikdən AÇIQLAMA
Goraboyda 35 yaşlı gəlinin əl-ayağını bağlayıb sürüdülər- Nazirlikdən AÇIQLAMA HADİSƏ 12:59 2019-10-10

Səhiyyə Nazirliyi Goranboy rayonu Xanqərvənd kəndində qonşuları tərəfindən ata bağlanaraq sürüdülən qadının vəziyyəti ilə bağlı açıqlama verib.

Unikal.org xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Goranboy rayonu Xanqərvənd kənd sakini 35 yaşlı qadın sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Qadına lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur. Faktla əlaqədar hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Qeyd edək ki, Goranboy rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova ilə qonşuları arasında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər.

"Report" hadisənin təfərrüatı barədə məlumat yayıb. Belə ki, Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək, onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər.