Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında iki yük maşını arasında qalaraq qəzaya düşən “VAZ 21 07”nin içindəki şəxslər bir ailənin üzvləri olub.

Unikal.org xəbər verir ki, avtomobilin sürücüsü Allahverdiyev Taleh Qürbət oğlu, sərnişinləri olan anası və həyat yoldaşı hadisə yerində vəfat ediblər.

T. Allahverdiyev Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən işləyirmiş.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xatırladaq ki, qəza Bakı–Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci kilometrliyində qeydə alınıb.