15 Noyabr 2019
14 Noyabr 2019
NATO-nun baş katibi Türkiyəyə gəldi - FOTO
NATO-nun baş katibi Türkiyəyə gəldi -FOTO DÜNYA 13:21 2019-10-11

Oktyabrın 11-də Şimali Atlantika Alyansının baş katibi (NATO) Yens Stoltenberq Türkiyəyə səfər edib.

Unikal.org xəbər verir ki, Şimali Atlantika Alyansının baş katibi İstanbulda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

İstanbulun Dolmabaxça Sarayında baş tutan görüş mətbuata qapalı şəkildə keçirilib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində başladığı "Sülh çeşməsi" (Barış Pınarı) antiterror əməliyyatı NATO-Türkiyə münasibətlərində ən aktual mövzuya çevrilib.