Xırdalanda qəribə hadisənin görüntüləri kameraya düşüb. 

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, iki qadın dar küçələrdən birində “VAZ 2107” markalı avtomobilə yaxınlaşaraq, özləri ilə gətirdiyi bıçaqla maşının təkələrini deşib. 

Bununla ürəkləri soyumayan qadınlar avtomobili cızıblar. 

Hadisənin görüntüləri yaxınlıqdakı müşahidə kamerasına düşüb. İnsidentin səbəbləri məlum deyil.