20 Noyabr 2019
19 Noyabr 2019
Bakıda səfir "BMW" ilə qəzaya düşdü
Bakıda səfir "BMW" ilə qəzaya düşdü HADİSƏ 16:24 2019-10-11

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Bakıda avtomobil qəzasına düşüb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində, Səbail rayonu ərazisində baş verib.

Məlumata görə, 58 yaşlı səfirin sürdüyü "BMW" marakı avtomobil Şükür Soltanovun idarə etdiyi "Toyota" ilə toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Səfirin idarə etdiyi avtomobil Meksika səfirliyinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.