Bu gün Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının bu gün Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən çıxışı zamanı Ermənistanın Baş Naziri Nikol Paşinyanı üzünə tənqid edib. 

Unikal.org xəbər verir ki, ölkəmizin başçısı Azərbaycanın Böyük Vətən müharibəsində Qələbəyə verdiyi töhfədən, Hitlerin Bakını almağa necə can atmasından və Ermənistanda faşist Qaregin Njdeyə heykəl qoyulmasından danışıb.

Prezident öz çıxışında Azərbaycan neftinin qələbənin əldə edilməsində həlledici rolunu xatırladıb.

Daha sonra o, MDB liderlərinin dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxış etdiyini bildirib:

“Təəssüf ki, MDB məkanında, xüsusilə, Ermənistanda belə şeylər baş verib. Ermənistanın keçmiş hökuməti İrəvanın mərkəzində alman faşistlərinə Qaregin Njde ləqəbiylə xidmət edən faşist cəllad və satqın Qaregin ter Arutyunyana abidə qoymuşdu”.

Daha sonra Prezident İlham Əliyev Njdenin nasistlərlə əməkdaşlıq etməsi haqqında məlumatlı olan Rusiya Xarici İşlər Nazirliyinin nasizmin qəhrəmanlaşdırılmasına həsr edilən may ayındakı hesabatından sitat gətirib. İlham Əliyev Njdenin Sovet hökuməti tərəfindən sonradan həbs edildiyini və Vladimirsk həbsxanasında öldüyünü xatırladıb:

“Təəssüf ki, Ermənistanın yeni hökuməti bu abidəni demontaj etməyib. Hesab edirəm ki, faşizmin qəhrəmanlaşdırılmasına MDB məkanında yer yoxdur”.

İlham Əliyev sonradan Njdehin Sovet hakimiyyəti tərəfindən tutulduğunu və Vladimir həbsxanasında öldüyünü xatırladıb.