19 Noyabr 2019
18 Noyabr 2019
Tələbə qızı maşınla vurub öldürən təqaüddə olan polisdir (Foto)
Tələbə qızı maşınla vurub öldürəntəqaüddə olan polisdir (Foto) HADİSƏ 17:27 2019-10-11

Xəbər verdiyimiz kimi oktyabrın 9-da Abşeron rayonunda 17 yaşlı tələbə dərsə gedərkən avtomobil vurması nəticəsində ölüb.Hadisəni törədən sürücünün yol polisi kapitanı olması barədə məlumat yayılıb.

Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polkovnik Rüfət Quliyev Unikal.org-a  açıqlamasında bildirib ki,hadisəni törədən şəxs hazırda Daxili İşlər orqanlarında çalışmır: 

“Vətəndaş Solmaz Abdullayeva yolu keçərkən 90 DH 530 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobillə vurulub və vəfat edib.Həmin avtomobili idarə edən Azad Ağayev Daxili İşlər Nazirliyinin sabiq polis əməkdaşıdır və bir müddətdir təqaüddədir. Dövlət qeydiyyat nömrəsindən göründüyü kimi avtomobil xidməti deyil və həmin şəxs təqaüddə olduğu üçün xidmət başında da olmayıb. Hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır”.


  • Tələbə qızı maşınla vurub öldürəntəqaüddə olan polisdir (Foto)