Məşhur müğənni Rafet El Roman "İnstaqram"da tanış olduğu qadın tərəfindən necə aldadıldığı haqda danışıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı sosial mediada qadınlarla tanış olduğunu və görüşdüyünü gizlətməyib.

"İnternetdə xanımlara yazıram. Tanış olmağın nəyi pisdir ki? Bir dəfə də bir qıza mesaj yazdım. Fotolarından çox bəyəndim. Bir müddət danışdıq. Daha sonra klipimə çəkmək üçün görüşdüm. Profilində gördüyüm qadınla əlaqəsi yox idi. Sən demə, hansısa məşhurun şəkillərindən istifadə edirmiş. Niyə belə hərəkət etdiyini soruşdum. Mənimlə tanış olmaq üçün bu yola əl atdığını dedi. Yenə də xətrinə dəymədim. Birlikdə qəhvə içdik".