17 Noyabr 2019
16 Noyabr 2019
İlham Əliyevin qətiyyətli mövqeyi regionun maraqlarına xidmət edir
İlham Əliyevin qətiyyətli mövqeyi regionun maraqlarına xidmət edir CƏMİYYƏT 11:55 2019-10-12

Müasir dünyada faşizm ideyalarının təbliğ olunması və faşistlərin qəhrəmanlaşdırılması ən təhlükəli meyldir. Ermənistan dünyada nadir ölkələrdəndir ki, faşist Qaregin Njde-yə rəsmi olaraq heykəl ucaldıb və onu millii qəhrəman statusuna yüksəldib. Njdenin faşistlərlə əlaqəsi, 25 minlik erməniz faşist legionun yaradılmasında rolu, bütün keçmiş sovet xalqlarından formalaşan sovet ordusuna qarşı döyüşməsi və yəhudilərə qarşı soyqırımda aktiv iştirakı danılmazdır və sənədlərlə artıq sübut olunub. Qaregin Njde həm də 1918-1921-ci illərdə Zəngəzur mahalında yerli azərbaycanlılara qarşı vəhşi cinayətlərin törədilməsinə də başçılıq edib.

Belə bir faşist cinayətkara Ermənistan hökuməti tərəfindən heykəl qoyulması ilk növbədə Ermənistanın əvvəlki hökumətinin xislətindən, faşist ideyalarının daşıyıcısı olmasından irəli gəlib. Çünki məhs onlar eyni faşist metodları ilə Dağlıq Qarabağda azərbaycanlıların qətlininin müəllifləri idi.

Millət vəkili Tahir Mirkişili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabadda MDB ölkələrini dövlət başçıları görüşündə bu məsələni qaldırması, tarixi faktlarla əsaslandırması və Ermənistanın indiki hökümətini heykəlin götürülməsinə çağırması  faşizmə qarşı 20 milyondan çox qurban vermiş indiki MDB ölkələrinin ərazisində olan bu qara ləkənin təmizlənməsinə çağırış idi.

Bu həm də Ermənistan hökumətinin faşizmə qarşı vuruşmuş öz erməni xalqına hörmət etməsinə bir çağırış idi. Bu həm də indiki erməni gənclərinin faşizm ideyaları ilə zəhərlənməsinin qarşısının alınmasına bir çağırış idi.

Regionda sülh, əmin amanlıq və mehriban birgə yaşayışda ən çox maraqlı olan bir ölkə kimi Azərbaycan qonşuluğunda faşizm ideyaların çiçəklənməsinə qarşıdır və bunu regionun xalqları üçün ən böyük təhlükə görür. Məsuliyyətli və regionun gələcək taleyində maraqlı olan bir lider kimi cənab İlham Əliyevin bu məsələdə qətiyyətli mövqeyi regionun bütün xaqlarının maraqlarına xidmət edir!