20 Noyabr 2019
Bakıda 24 yaşlı gənc bıçaqlanıb ÖLDÜRÜLDÜ
Bakıda 24 yaşlı gəncbıçaqlanıb ÖLDÜRÜLDÜ KRİMİNAL 12:59 2019-10-12

Bakıda bıçaqlanan gənc oğlan ölüb.

Unikal.org xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Məlumata görə, 24 yaşlı Cəlal Maarifzadə qonşusu və həmyaşıdı Rəhman İsmayılov tərəfindən bıçaqlanıb.

Həkimlər C.Maarifzadənin həyatını xilas edə bilməyib. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb.