20 Noyabr 2019
Göygöl sakini Gəncədə döyüldü
Göygöl sakini Gəncədə döyüldü KRİMİNAL 19:39 2019-10-12

Gəncə şəhərində döyülmə faktı qeydə alınıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Bağman adlan ərazisində Daş bazarında qeydə alınıb. Belə ki, Göygöl rayonunun Yeni Qızılca kənd sakini Elvin Etibar oğlu Səttarov bazarda tanıdığı Sənan Sahiboğlu tərəfindən döyülüb. Xəstə yaxınlıqdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirlib. Yaralıya lazımi tibbi yardım göstərilib, onun vəziyyətin orta ağır olduğu bildirlir. Hadisə ilə bağlı polisə məlumat verilib. Məlumata görə, dalaşanların ikisi də “KamAZ” sürücüsüdür. Mübahisəyə səbəb isə Sənanın Elvinə “sən kubiki (daşı – red.) niyə ucuz satmısan?” deməsi olub. Elə bundan sonra tərəflər arasında mübahisə düşüb. Faktla bağlı araşdırma aparılır.