18 Noyabr 2019
Ağstafada mikroavtobus aşdı - Yaralılar var
Ağstafada mikroavtobus aşdı -Yaralılar var HADİSƏ 21:10 2019-10-12

Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ağstafa şəhərində, körpü yaxınlığında qeydə alınıb.

Belə ki, sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb. İlkin məlumata görə, hadisə zamanı 10-a yaxın şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.