Bakıda azyaşlı qız itkin düşüb.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Sabunçu rayonu, Ramana qəsəbə sakini, 2004-cü il təvəllüdlü Məmmədrzayeva Nərmin Rizvan qızı oktyabrın 4-də günorta saatlarında Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində fəaliyyət göstərən "Anar" kafesinə - anası Məmmədrzayeva Fəridə Zahid qızının yanına gəlib.

15 yaşlı qız həmin gün günorta saatlarında kafedən çıxaraq itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.