Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı davam edir.

Unikal.org xəbər verir ki, əməliyyatın başladığı gündən indiyədək terrorçular tərəfindən atılan raketlər nəticəsində 18 dinc sakin həlak olub, 100-dən çox adam yaralanıb. Ölənlərin on biri Nusaybin, üçü Suruç, ikisi Akçakale, ikisi isə Ceylanpınar rayonlarının sakinidir. Həlak olanlar arasında uşaqlar da var. 

Qeyd edək ki, beş gün ərzində terrorçular tərəfindən Türkiyənin yaşayış ərazilərinə 300-dən artıq raket atılıb. Antiterror əməliyyatı zamanı indiyədək 480 terrorçu zərərsizləşdirilib.