12 Noyabr 2019
Beyrutda aksiya keçirilib
Beyrutda aksiya keçirilib DÜNYA 16:07 2019-10-13

Beyrutda Livan Bankları Assosiasiyasının binası qarşısında hökumət əleyhinə aksiya keçrilib.

Unikal.org-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, aksiyada sol hərəkatlar və həmkarlar ittifaqlarının üzvləri iştirak edib.

Aksiyaçılar hökumətin dəyişməsi, islahatlar keçirilməsi və Livan funtunun xilas edilməsi ilə bağlı şüarlar səsləndiriblər. Aksiyada təhlükəsizlik qüvvələri ilə toqquşma qeydə alınmayıb.

Mürəkkəb iqtisadi durumla əlaqədar apreldə yeni dövlət büdcəsi fonunda iyundan paytaxt və Livanın digər şəhərlərində davamlı kütləvi aksiyalar başlayıb. Həmkarlar ittifaqlarını işçiləri və istefada olan hərbi qulluqçular hökumətin yeni büdcədə dövlət qulluqçularına ödənişlərin azaldılmasını nəzərdə tutmasına etiraz edirlər.