18 Noyabr 2019
17 Noyabr 2019
Qırğızıstan prezidenti Azərbaycana gəlir
Qırğızıstan prezidenti Azərbaycana gəlir SİYASƏT 12:24 2019-10-14

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII iclasında iştirak etmək üçün Azərbaycana rəsmi səfərə yola düşüb.

Unikal.org xəbər verir ki, məlumatı Qırğızıstan prezidentinin mətbuat xidməti yayıb.

Dövlət başçısını səfərdə xarici işlər naziri Çingiz Aydarbekov, iqtisadiyyat naziri Sanjar Mukanbetov, maliyyə naziri Baktıqul Jeenbayeva, mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, eləcə də Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Daniyar Sadıkov müşaiyət edir.

S.Jeenbekovun bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşü planlaşdırılır. Bundan əlavə, Qırğızıstan rəhbəri Bakıda Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevlə də görüşəcək.

Türk Şurasının iclası sabah keçiriləcək. Tədbirdən sonra S.Jeenbekov Türkiyə Prezidenti Rəcəb Tayyip Ər