15 Noyabr 2019
Qadın həbsdəki əri üçün narkotik gətirdi
Qadın həbsdəki əri üçün narkotik gətirdi HADİSƏ 13:48 2019-10-14

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. 

Unikal.org xəbər verir ki, bununla bağlı Penitensiar Xidmət məlumat yayıb.

Həbsdə olan Babayev Taleh Taleh oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı Ağdam şəhər sakini Babayeva Jalə Vəli qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş bir ədəd bükülüdə 0,048 qram psixotrop maddə “metamfetamin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.