19 Noyabr 2019
Nursultan Nazarbayev Azərbaycana gəldi - FOTO
Nursultan Nazarbayev Azərbaycana gəldi- FOTO SİYASƏT 17:11 2019-10-14

Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev Şuranın VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Unikal.org xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Nursultan Nazarbayevi hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.


  • Nursultan Nazarbayev Azərbaycana gəldi- FOTO