12 Noyabr 2019
Azərbaycanın prokurorluq işçilərinə Avropa təcrübəsi öyrədilir - FOTO
Azərbaycanın prokurorluq işçilərinə Avropa təcrübəsi öyrədilir -FOTO CƏMİYYƏT 17:55 2019-10-14

Baş Prokurorluğun müvafiq idarələrinin, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və Naxçıvan Muxtar Respublikası prokurorluqlarının əməkdaşlarının hüquqi statistika sahəsindəki biliklərinin artırılması və Avropa təcrübəsinin öyrənilməsi məqsədilə tədbir keçirilir. 

Unikal.org  xəbər verir  ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilən tədbirdə Avropa Statistika Bürosunun (Avrostat) hüquqi-statistika üzrə ekspertləri Adriana Tetevenska və Maria Giuseppina Muratore iştirak edir.