Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat paylaşılıb. 

Qeyd olunub ki, Hulusi Akar və Sergey Şoyqu telefon danışığında Suriya məsələsi daxil olmaqda, müdafiə və təhlükəsizlik mövzusunda fikir mübadiləsi aparıblar.