“Birinizin adını açıqlamağa məcburam. Məndən inciməyin. Heç bir iştirakçı adımı çəkib demədi ki, hədəfimsən. Mənim hədəfim Lalədir”.  

Unikal.org xəbər verir ki, bu sözləri Kəmalə Piriyeva “Maşın” şounun gedişatında səsləndirib.  

Lalə isə cavab olaraq “Mən bilirdim ki, Kəmalə mənim adımı çəkəcək. Əslində üzüm də yoxdur səs istəməyə. Hamı dedi ki, gərək sən Kəmaləni oyundan çıxardardın, amma etmədim. Mən iki dəfə sizi qorudum, oyundan çıxartmadım. Tamaşaçılardan üzr istəyirəm, amma bir tək sizə güvənirəm, ümidim sizədir. Kəmalənin “getməsinə” səs verin”, - deyib.

22:13

xxx

Azərbaycanın Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maşın" realiti şousunun "Maskarad" adlı 18-ci sürətininin növbəti buraxılışı start götürüb.

Unikal.org xəbər verir ki, bu dəfə  iştirakçılar aktrisa Kəmalə Piriyevanı SMS səsverməsinə çıxarıblar.

K. Piriyeva hədəfini açıqlamayıb.

Qeyd edək ki, bu gün üç finalçının adı bəlli olacaq.  

Belə ki, Kəmalə Piriyeva, Ramal İsrafilov, Suna Kazımoğlu və dünənin qəhrəmanı Lalə Mustafayevadan biri bu gün mübarizəni dayandıracaq.