Güney Koreyalı Choi Jin-ri adlı 25 yaşlı müğənni və aktrisa vəfat edib.

Unikal.org xəbər verir ki, Sulli səhnə adından istifadə edən sənətçinin Seuldakı evindən meyidi tapılıb. Onun ölüm səbəbi məlum deyil.

Qeyd edək ki, f(x) qrupu ilə məşhurlaşan Sulli daha sonra aktrisalıq karyerasına davam etmişdi. Sənətçinin "İnstaqram"da 6 milyon izləyicisi var.