12 Noyabr 2019
11 Noyabr 2019
"Maşın"ın finalında onlar mübarizə aparacaq - ADLAR
"Maşın"ın finalında onlar mübarizə aparacaq -ADLAR MƏDƏNİYYƏT-ŞOU 00:04 2019-10-15

Azərbaycanın Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maşın" realiti şousunun "Maskarad" adlı 18-ci sürətininin növbəti buraxılışı keçirilib.

Unikal.org xəbər verir ki, bu dəfə  iştirakçılar aktrisa Kəmalə Piriyevanı SMS səsverməsinə çıxarıblar.

Kəmalə Piriyeva “Maşın” şounun gedişatında hədəfinin aparıcı Lalə Mustafayeva olduğunu səsləndirib.  

Lalə isə cavab olaraq “Mən bilirdim ki, Kəmalə mənim adımı çəkəcək. Əslində üzüm də yoxdur səs istəməyə. Hamı dedi ki, gərək sən Kəmaləni oyundan çıxardardın, amma etmədim. Mən iki dəfə sizi qorudum, oyundan çıxartmadım. Tamaşaçılardan üzr istəyirəm, amma bir tək sizə güvənirəm, ümidim sizədir. Kəmalənin “getməsinə” səs verin”, - deyib.

Nəticədə K. Piriyeva  47,79 faiz səs toplayaraq  final gecəsinin bir addımlığında  oyunu tərk edib.

Beləliklə  finalda Lalə Mustafayeva, Ramal İsrafilov, Suna Kazımoğlu mübarizə aparacaq.