18 Noyabr 2019
"Mitinqin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq” - Bakı polisindən AÇIQLAMA
"Mitinqin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq”- Bakı polisindən AÇIQLAMA CƏMİYYƏT 17:06 2019-10-15

“Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyətilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq”.

Bunu Unikal.org-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O vurğulayıb ki, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilir: “Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcəkdir”.