12 Noyabr 2019
11 Noyabr 2019
“Lalə mənə şər atır” - Türkandan açıqlama
“Lalə mənə şər atır” -Türkandan açıqlama MƏDƏNİYYƏT-ŞOU 19:08 2019-10-15

Aparıcı Lalə Mustafayeva “Maşın” şoudan çıxardığı müğənni Türkan Vəlizadənin onu hədələdiyini iddia etmişdi.

Unikal.org xəbər verir ki, ifaçı “Show News”a açıqlamasında bu iddiaları təkzib edib.

“Lalə mənim yadıma düşmürdü. “Maşın”da gördüm yadıma düşdü.Məni tanıyan insanlar bilir ki, heç kimlə işim yoxdur. Sadəcə qəfildən məni oyundan uzaqlaşdırdı, şoka düşdüm. Mənimlə açıq oynaya bilərdi. Mənə demədən hərəkət etməyin adını xalq özü bilir. İnanın, onun nə İnstaqram səhifəsini, nə də nömrəsini bilmirəm. Mesaj da yazmamışam, Lalə mənə şər atır. O, səviyyədə insan deyiləm ki, özümü onunla müqayisə edim. Xalq hər şeyi qiymətləndirdi”.

Qeyd edək ki, Lalə Mustafayevanın iddiaları belə idi:

“Türkan xanım hər yerdə videolar paylaşır. İnstaqram hesabımda hədə-qorxu dolu mesajlar yazır. İnanın mənə. Mənə deyir ki, sən orada qalmayacaqsan, buna imkan verməyəcəm. Lazımdırsa, həmin mesajı göstərərəm”.