Koreya Respublikası Milli Assambleyasının Sədri Mun Hi-sanq oktyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Unikal.org xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Mun Hi-sanqı hava limanında Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.