Binəqədidə 9 mərtəbəli binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org verilən məlumata görə, yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 48 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və mebel qismən yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.