Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı “Barış bulağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 673 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilən məlumatda belə deyilir.

"Fərat çayının şərqindəki “Barış bulağı” əməliyyatında zərərsizləşdirilən PKK/YPG terrorçularının sayı 673 nəfər oldu", - deyə nazirlik bəyan edib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında “Barış bulağı” əməliyyatına oktyabrın 9-da başlayıb.