Türkiyənin Xarici İşlər naziri Mövlud Çvuşoğlu Ankarada ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obraenlə görüşüb.

Unikal.org  Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, genişləndirilmiş heyətdə keçirilən görüş bağlı qapılar arxasında 45 dəqiqəyə yaxın davam edib.

Yerli vaxtla saat 14:30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın vitse-prezidenti Maykl Pensi qəbul edəcəyi gözlənilir.

Maykl Pensin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya Türkiyə rəhbərliyini Suriyanın şimalında aparılan “Sülh çeşməsi” əməliyyatını dayandırmağa razı salmaq üçün gəlib. Nümayəndə heyətinin tərkibinə, həmçinin ABŞ-ın dövlət katibi Maykl Pompeo, Prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obraen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri də daxildir.