20 Noyabr 2019
19 Noyabr 2019
Ağcabədidə maşın qoyun sürüsünü vurdu
Ağcabədidə maşın qoyun sürüsünü vurdu HADİSƏ 16:14 2019-10-17

Ağcabədidə avtomobil qoyun sürüsünü vurub.

Unikal.org-un məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Agcabədi rayonu ərazisindən keçən hissəsində baş verib.

Rayonun Gələbədini kənd sakinləri qoyun sürüsünü yoldan keçirmək istəyərkən həmin yolda yüksək sürətlə hərəkət edən "Hyundai-Sonata" markalı minik avtomobili idarəetməni itirərək sürünü vurub.

Hadisə nəticəsində 10 baş qoyun tələf olub, 11 qoyun isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır