Bu gün Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı növbəti məhkəmə prosesi keçirilib.

Unikal.org xəbər verir ki, tərəflərdən heç biri və vəkilləri məhkəməyə gəlməyib. Hakim Elman Məmmədov prosesi 24 oktyabr tarixinə təxirə salıb.

Qeyd edək ki, Qəhrəmanlı Zümrüd İsrafil qızı cari ilin avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon məhəkəməsində iddia qaldırıb.

Xatırladaq ki, bundan əvvəlki iki məhkəmə prosesi Fuad Qəhrəmanlı və vəkili məhkəməyə gəlmədiyi üçün təxirə salınmışdı.