18 Noyabr 2019
ABŞ və Türkiyə razılığa gəldi: atəşkəs elan ediləcək - VİDEO
ABŞ və Türkiyə razılığa gəldi:atəşkəs elan ediləcək - VİDEO DÜNYA 21:41 2019-10-17

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pensin görüşündə müzakirə olunan məsələlər açıqlanıb.

Unikal.org xəbərinə görə, Mayk Pens görüşdə müzakirə və qəbul edilən qərarları açıqlayıb. Tərəflər YPG qüvvələrinin təhlükəsiz bölgəyə daşınması üçün Türkiyənin hərbi əməliyyatları bir müddət dayandırmasına qərar verib. Pens deyib ki, YPG 120 saat ərzində ərazidən çəkiləcək: "Fəxrlə qeyd etmək istəyirəm ki, ABŞ və Türkiyə Suriyada atəşkəslə bağlı qərar qəbul edib".

ABŞ prezidenti də şəxsi "Twitter" hesabında Ərdoğana təşəkkür edib və "Türkiyədən gözəl xəbərlər var, milyonlarla həyat xilas olunacaq", - deyə yazıb. O, hərbi əməliyyatlar başa çatanda sanksiyaların da dayandırılacağını əlavə edib.