18 Noyabr 2019
17 Noyabr 2019
“Qarabağ”ın oyununa 30 min bayraq sifariş verildi
“Qarabağ”ın oyununa 30 min bayraq sifariş verildi İDMAN 23:35 2019-10-17

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-lə keçirəcəyi görüş üçün hazırlıqlara başlayıb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada bayraq aksiyası təşkil ediləcək.

Bunun üçün klub rəhbərliyi 30 min Azərbaycan bayrağı sifariş verib. Həmin bayraqlar oyun günü tribunalara düzüləcək.

Qeyd edək ki, “Qarabağ” - APOEL görüşü oktyabrın 24-də keçiriləcək.

Onu da əlavə edək ki, “Qarabağ”ın Lüksemburqda “Düdelanj”la keçirdiyi oyunda erməni təxribatı baş verib. Sözügedən qarşılaşmada meydana qondarma rejimin bayrağı gətirilib.