Bu gün "Milli Şura" üzvlərinin Bakının mərkəzində - "28 May" metrostansiyasının qarşısında keçirəcəyi qanunsuz aksiyanın qarşısını almaq məqsədilə əraziyə çoxlu sayda polis əməkdaşları və DİN-in Daxili Qoşunlarının şəxsi heyəti cəlb olunub.

Unikall.org xəbər verir ki, vətəndaşların təhlükəsizliyini təmin etmək, həmin ərazidə baş verəcək mümkün qanun pozuntularının qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının mülki geyimli əməkdaşları da hazırda iş başındadırlar.

Qeyd edək ki, Bakı polisi mitinq təşkilatçılarına ciddi xəbərdarlıq edib. Bildirilib ki, qanunsuz aksiyanın qarşısı qətiyyətlə alınacaq, ictimai asayişi pozmağa çalışan şəxslər ciddi şəkildə cəzalandırılacaqlar.