Kuba prezidenti Miquel Dias Kanel Bakıya səfər edəcək.

Bu barədə Unikal.org  Kubanın "Radio Habana Cuba" saytına istinadən xəbər verir.

Məlumata görə, o, Qoşulmama Hərəkatının 18-ci sammitində iştirak edəcək. Bakıda keçiriləcək sammit oktyabrın 25-dən 26-dək davam edəcək.

Qeyd edilir ki, Kuba prezidentinin Avropa turu sabah - bazar günü başlayacaq. Səfər turuna İrlandiya, Belarus və Rusiyaya rəsmi səfərlər daxildir.