Türkiyə ordusunun Suriyada keçirdiyi "Barış pınarı" əməliyyatı çərçivəsində 1 hərbi qulluqçu şəhid olub. 

Bu barədə Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir.

Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyə hərbçisi kəşfiyyat-müşahidə missiyası zamanı PKK/YPG terrorçularının açdığı atəş nəticəsində şəhid olub. Atəş zamanı həmçinin daha 1 türk əsgəri yaralanıb.