Ağsu rayonunda intihar hadisəsi baş verib.

Unikal.org  APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Bənəcik kəndində qeydə alınıb.

Rayonun Nəmirli kənd sakini, 1987-ci il təvəllüdlü Süleymanova Zümrüd Yadigar qızı işlədiyi mal-qara fermasında özünü kəndirlə asaraq intihar edib. Məlumata görə, iki dəfə ailə həyatı quran və 2 uşaq anası olan Zümrüd Süleymanova sonuncu həyat yoldaşından ayrıldığı üçün özünə qəsd edib. Onun valideynləri və yaxın qohumları tərəfindən tərk edildiyi bildirilir.

Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.