Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, güzəştli şərtlərlə səyyar satışına başlanılıb. 

ASC-dən Unikal.org-a verilən məlumata görə, mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı Oğuz, Qax, Şəki, Qəbələ, Xaçmaz, Qusar, Neftçala, Cəlilabad, Hacıqabul, Kürdəmir, və Göyçay rayonlarında təşkil ediləcək. 

Səyyar satışlar oktyabrın 22-də Oğuzun Qumlaq, Xaçmazın Uzunoba və Neftçalanın Xorqaraqaşlı kəndlərində, oktyabrın 23-də Qaxın Ləkid, Xaçmazın Xudat və Cəlilabadın Pirivolnoye kəndlərində, oktyabrın 24-də Şəkinin Aydınbulaq, Qusarın Urva və Hacıqabulun Meyniman  kəndlərində, oktyabrın 25-də Şəkinin Şorsu, Qusarın Urva və Kürdəmirin Qarasu kəndlərində, oktyabrın 26-da Qəbələnin Tüntün, Qubanın Hacıhüseynli və Göyçayın Ləkçılpaq kəndlərində həyata keçiriləcək.

Həmçinin ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.