Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu vəzifəsindən azad edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, ölkə başçısı bununla bağlı sərəncam imzalayıb və sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Xatırladaq ki, Ə.Həsənov 21.04.2018 -ci il tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdi. 

Orxan Həsənli